10.01.2025-ci il tarixində saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Tvit.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Xalq artisti yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Vəziyyəti stabilləşən xalq artisti dünən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.
Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.