Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Moskvada polisə hücum edən amerikalının həbsi uzadılıb
dünya

Moskvada polisə hücum edən amerikalının həbsi uzadılıb

11-10-2024 21:00 153 Просмотров
IMG

Moskvada polis əməkdaşına hücumda təqsirləndirilən ABŞ vətəndaşı Cozef Taterin həbs müddətini uzadıb.

Tvit.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və Cozef Taterin həbs müddətinin noyabrın 14-dək uzadılması barədə qərar qəbul edib", - mətbuat xidməti bildirib.

Bildirilib ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) ilə istintaq davam etdirilir.

Qeyd edək ki, Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin digər cinayətlərdə iştirakını da yoxlayacaqlar.

Aysel Şirinova