Ölkəmizin aparıcı şahmatçısı olan Şəhriyar Məmmədyarov, uzun fasilədən sonra ölkə birinciliyində iştirak edəcəyini açıqladı.
Tvit.az xəbər verir ki, bu barədə şahmatçı öz Feysbuk səhifəsində məlumat verib "Bu gün , 2025 ci ildə təşkil olunacaq Azərbaycan birinciliyində iştirak etməyimlə bağlı müqavilə imzaladım. Turnirdə iştirak edəcəyimi təsdiqlədim. Ümid edirəm ki, ölkənin bütün aparıcı şahmatçıları bu turnirdə iştirak edəcəklər. Çox maraqlı turnir bizi gözləyir! Bu ilin əvvəlindən söz vermişdim ki, ölkə birinciliyində oynayacam və 2025-ci ildə keçiriləcək turniri həyəcanla gözləyirəm! Bizim gənc və aparıcı şahmatçılarımızla oynayacağım üçün cox şadam!"
Qeyd edək ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov kimi tanınmış şahmatçılarımızı uzun illərdir ölkə çempionatlarında iştirak etmirdilər.