"Şimali" (Qroznı) hava limanında "Kovyor" planı tətbiq edilib, reyslərin gəlişi və gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Tvit.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şahgiriyev məlumat verib.
"Hava limanı "Kovyor" planına əsasən bağlanıb, təyyarələri qəbul etmirik və buraxmırıq. "Kovyor" planı Moskva vaxtı ilə saat 05:08-də elan edilib", - o bildirib. (“Report”)