Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş
sosial

Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş

26-12-2024 22:00 23 Просмотров
IMG

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarənin naməlum sərnişini ilə bağlı təfərrüatları paylaşıb.

 

Tvit.az "Tengrinews" a istinadən xəbər verir ki, Mangistau vilayətində keçirdiyi brifinqdə Bozumbayev hazırda Aktau xəstəxanasında 6 yaralının olduğunu bildirib.

 

"Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Bu gün daha əvvəl şəxsiyyəti müəyyən edilə bilməyən qadının şəxsiyyəti müəyyən edilib. Onun 20 yaşı var. Ümid edək ki, tezliklə sağalacaq", - o söyləyib.