Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 26 min 890 ton miqdarında kərə yağı istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kərə yağı istehsalı cari ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 min 199 ton və ya 9,1% çoxdur. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 min 691 ton kərə yağı istehsal edilib.
Qeyd edək ki, bu ilin dekabrın 1-i vəziyyətinə görə, ölkədə hazır kərə yağı ehtiyatının miqdarı 900 kiloqram təşkil edib.
Aysel Şirinova