Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Dəniz Əsədova daha bir cinayət işi üzrə təqsirləndirilir
turizm

Dəniz Əsədova daha bir cinayət işi üzrə təqsirləndirilir

17-12-2024 13:00 21 Просмотров
IMG

Əvvəllər dəfələrlə məhkum olunmuş müğənni Dəniz Əsədova daha bir cinayət işi üzrə təqsirləndirilir.

 

Tvit.az Globalinfo.az-a istinadla xəbər verir ki, vətəndaş müğənninin onu təhqir etdiyi və böhtan atdığını əsas göstərərək şikayətçi olub.

 

Ötən gün Binəqədi rayon məhkəməsində məsələ ilə bağlı xüsusi ittiham şikayəti nəzərdən keçirilib. Verilən qərarla şikayət icraata götürülüb və məhkəmə baxışı təyin edilib. Bununla D.Əsədova yenidən təqsirləndirilən şəxs statusu alıb.

 

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov tərəfindən Dəniz Əsədova barəsində verilən xüsusi ittiham şikayəti də icraata qəbul edilmişdi.

 

Xatırladaq ki, müğənni Dəniz Əsədova əvvəllər analoji maddələr və dələduzluq ittihamı (Cinayət Məcəlləsinin 178-ci maddəsi) ilə məhkum olunub.