Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib
sosial

Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

13-12-2024 19:00 28 Просмотров
IMG

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 13-də Kürdəmir şəhərində vətəndaşları qəbul edib.

 

Bu barədə Tvit.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

 

Qəbulda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.