Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ hərbçisi HIMARS sistemi ilə bağlı məxfi məlumatları Çinə ötürdüyünü etiraf edib
dünya

ABŞ hərbçisi HIMARS sistemi ilə bağlı məxfi məlumatları Çinə ötürdüyünü etiraf edib

25-11-2026 21:00 13 Просмотров
IMG

ABŞ ordusunun 37 yaşlı serjantı Jian Zhao Çinə bağlı şəxslərə məxfi hərbi məlumatların toplanması və ötürülməsi məqsədilə əlbir olmaqda təqsirini etiraf edib.

 

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, xidməti vəzifəsi çərçivəsində əldə etdiyi məxfi sənədlərə və hərbi avadanlıqlara çıxış imkanından istifadə edərək məlumatları pul müqabilində çinli alıcıya ötürüb. Qanunsuz fəaliyyət 2021-ci ilin payızından 2025-ci ilin martınadək davam edib.

 

Ötürülən məlumatlar arasında HIMARS reaktiv yaylım atəşi sisteminə dair texniki təlimatlardan çıxarışlar da olub.

 

Zhao bu işdə ABŞ ordusunun keçmiş hərbçisi Ruoyu Duanla əməkdaşlıq edib. Sonuncu Pekinə məlumat ötürmək üçün fəaliyyətdə olan hərbçiləri cəlb etməklə məşğul olub.