Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Tvit.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.