Kiyevə silah tədarükü üzrə təmas qrupunun növbəti görüşünün (Ramşteyn formatı), oktyabrın 17-də alyansın qərargahında NATO müdafiə nazirlərinin görüşü çərçivəsində keçiriləcəyi nəzərdə tutulub.
Tvit.az xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat yayıb.
O, oktyabrın 12-də Almaniyada keçiriləcək sammitin ABŞ prezidenti Co Baydenin planlarını dəyişməsi səbəbindən təxirə salındığını təsdiqləyib.
“Ramşteyn sammiti bir sıra iştirakçıların planlarında dəyişikliklərlə əlaqədar təxirə salınıb, hazırda işçi səviyyəsində məsləhətləşmələrin keçirilməsi imkanları araşdırılır”, - deyə diplomat qeyd edib.