Romaya uçan Air Lingus təyyarəsi bomba təhlükəsi səbəbindən Fransa hərbi bazasına təcili eniş edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İrlandiyanın paytaxtı Dublindən İtaliyanın paytaxtı Romaya uçan sərnişin təyyarəsinin Fransanın Normandiya bölgəsindəki Evreux Faville hava bazasına eniş etdiyi bildirilir.
6 heyət üzvü və 151 sərnişin daşıyan təyyarə bazaya təhlükəsiz şəkildə eniş edib və vəziyyət araşdırılır.
Elmin Alışov