Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp İranla danışıqlar barədə xəbərləri təkzib etdi
dünya

Tramp İranla danışıqlar barədə xəbərləri təkzib etdi

29-10-2026 12:00 9 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla danışıqları bərpa etmək məqsədilə bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə məktub göndərməsinə dair xəbərləri təkzib edib.


Tvit.az bu barədə “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.


Məlumata münasibət bildirən Tramp, əlaqənin İranla sülh danışıqlarının bərpasına deyil, xəstələrin müalicəsi üçün zəruri tibbi avadanlıqların ölkəyə çatdırılması məsələsinə aid olduğunu deyib.


Qəzet daha öncə ABŞ rəsmilərinə və məlumatlı mənbələrə istinadən Vensin Rzayiyə məktub göndərdiyini və bunun Tehranla Vaşinqton arasında danışıqların yenidən başlanması istiqamətində atılan addım olduğunu yazmışdı.


Elmin Alışov