ABŞ-nin Kaliforniya ştatının cənubunda rekord səviyyəyə çatan qabarma nəticəsində bir sıra əraziləri su basıb.
Hadisə yaşayış evlərinin və avtomobil yollarının su altında qalmasına səbəb olub.
Məlumata görə, tam ayın təsiri ilə yaranan və ilin ən yüksək qabarma səviyyəsi hesab edilən “kral qabarma”sının hündürlüyü 2,9 metrə çatıb.
Yerli hakimiyyət orqanları sakinləri və ərazini ziyarət edənləri təhlükəsizlik qaydalarına əməl etməyə, təhlükəli sahil sularından uzaq durmağa və su basmış yollarda avtomobil idarə etməməyə çağırıb.