Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri Muxtar Tleuberdi və Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Danışıq zamanı Əl Nəhyan BƏƏ təmsilçisi Nüseybə Əl Kaabinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin dəstəklənməsinə görə Qazaxıstana təşəkkürünü bildirib.
Aysel Şirinova