Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya İsrail qüvvələri dünən səhər saatlarından Qəzzada 57 fələstinlini qətlə yetirib
dünya

İsrail qüvvələri dünən səhər saatlarından Qəzzada 57 fələstinlini qətlə yetirib

09-10-2024 09:00 83 Просмотров
IMG

Dünən səhər saatlarından etibarən İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 57 fələstinlinin öldüyü, çoxlu sayda fələstinlinin yaralandığı bildirilib.

Tvit.az xəbər verir ki, Fələstin Mülki Müdafiə İdarəsinin Qəzza zolağındakı sözçüsü Mahmud Basal məlumat yayıb.

Basalın açıqlamasına görə, İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi 6 hava hücumunda 15 fələstinli həyatını itirib. Qəzza vilayətində İsrail ordusunun həyata keçirdiyi 2 hücumda 2 nəfər ölüb. Qəzza zolağının mərkəzi hissəsində, Deyr əl-Belahda İsrailin çoxsaylı aviazərbələri nəticəsində 29 fələstinli həyatını itirib.

İsrailin bu hücumlarında çoxlu insan yaralanıb.

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin hücumları nəticəsində həlak olan 11 nəfərin cəsədi tapılıb.

Elmin Alışov