Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
СПОРТ

Böyük final davam edir

06-12-2024 12:00 81 Просмотров
IMG

Sinqapurda şahmat üzrə dünya çempionu adı uğrunda final matçı davam edir. 

 Xatırladaq ki, şahmat tacı uğrunda final matçında gənc hindistanlı iddiaçı Qukeşlə, hazırki dünya çempionu çinli Dinq Liren üz-üzə gəlirlər.

 Tvit.az xəbər verir ki, dünən keçirilmiş matçın doqquzuncu partiyası bərabərliklə nəticələndi. Tərəflər 54-cü gedişdə heç-heçəyə razılaşmalı olublar. Qeydə alınan nəticə ümumi hesabda da tarazlığı pozmadı 4,5:4,5. Bu gün finalda istirahət günüdür. Sabah isə şahmatçılar 10-cu partiyanı oynamaq üçün yenidən üz-üzə gələcək.

  Qeyd edək ki, final matçı ümumilikdə 14 partiyadan ibarət olacaq. Əgər 14 partiyanın sonunda qalib müəyyənləşməsə, şahmatçılar əlavə tay-brek oynayacaqlar .