Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu
turizm

Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu

18-09-2026 10:00 15 Просмотров
IMG

Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsi ilə nəticələnib.

 

Tvit.az "Report"a istinadla xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

 

Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.

 

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.

 

E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.