Rusiya Aerokosmik Qüvvələri və Suriya ordusu bir gündə 120-dək hərbçi və tankı məhv edib.
Bunu Rusiyanın Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Mərkəzin rəis müavini, kapitan 1-ci dərəcəli Oleq İqnasyuk bildirib.
"120-dək terrorçu, 24 avtomobil, tank və sursat anbarı məhv edilib", - deyə məlmatda deyilib.
Bundan əvvəl Suriya ordusunun əsas komandanlığı Rusiya və Suriya sayəsində Hələbdəki hərbi-texniki akademiyanın kadetlərini terrorçuların əhatəsindən çıxarmağı mümkün hesab etdiyini bildirmişdi.