Qırğızıstan və Tacikistanın sərhəd mübahisəsini həll etdiyi bildirilib.
Tvit.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindən açıqlama verilib.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saymumin Yatimov, Qırğızıstanın Batken şəhərində görüşüb.
Bəyanatda bildirilib ki, iki ölkənin hökumətlərarası sərhəd təyini nümayəndə heyətlərinin rəhbərləri sərhəd mübahisəsi ilə bağlı razılığa gəlib və Qırğızıstan-Tacikistan dövlət sərhədi ilə bağlı yekun sənədləri hazırlamaq tapşırılıb.
Elmin Alışov