Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Bu rayonlarda torpaq sahələri üçün hərrac keçiriləcək
sosial

Bu rayonlarda torpaq sahələri üçün hərrac keçiriləcək

02-12-2024 23:00 35 Просмотров
IMG

İmişli və Biləsuvar rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Aranlı bələdiyyəsi tərəfindən 1,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

 

Həmçinin Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən 8,59 hektar və 3,02 hektar torpaq sahəsi müsabiqəyə, eləcə də 5,8 hektar, 3,84 hektar və 3,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

 

Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahəsi üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində, Biləsuvarda yerləşən torpaq sahələri üçün müsabiqə və hərrac Cəlilabad şöbəsində dekabrın 18-də baş tutacaq.