Rusiya Ukrayna münaqişəsinin səmimi sülh istəyi əsasında həlli təşəbbüslərini nəzərdən keçirir.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki , bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hazırda müxtəlif qitələrdə fərqli ölkələr tərəfindən irəli sürülən bir çox təşəbbüslər var ki, gördüyümüz kimi, sülhün bərqərar olması səmimi istək ilə diktə olunur. Biz onların hamısını nəzərdən keçirməyə hazırıq”, - deyə XİN rəhbəri bildirib.
Elmin Alışov