Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Qarabağ" cavab oyununa çıxır
СПОРТ

“Qarabağ" cavab oyununa çıxır

16-07-2026 09:00 10 Просмотров
IMG

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

 

Tvit.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.


Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.

 

Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.

 

Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.