Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Tvit.az "Report"a istinadən xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.