Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ağstafanın yarısında qaz olmayacaq
sosial

Ağstafanın yarısında qaz olmayacaq

25-06-2026 18:00 13 Просмотров
IMG

İyunun 29-da Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Məlumata görə, iyunun 29-u saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun bir hissəsinə qazın verilişi dayandırılacaq. Fasilə payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir işləri ilə əlaqədardır.

 

Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.