Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Sabah Lənkəranda işıq olmayacaq
ДРУГОЕ

Sabah Lənkəranda işıq olmayacaq

03-03-2026 23:00 38 Просмотров
IMG

Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.