Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat IMF Azərbaycan qazının ixrac qiymətləri ilə bağlı 2032-ci ilə qədər proqnozlarını açıqlayıb
iqtisadiyyat

IMF Azərbaycan qazının ixrac qiymətləri ilə bağlı 2032-ci ilə qədər proqnozlarını açıqlayıb

19-02-2026 21:00 15 Просмотров
IMG

Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetr üçün 380,4 ABŞ dolları səviyyəsində olacağını gözləyir.

 

Bu barədə Tvit.az IMF-yə istinadən xəbər verir.

 

IMF-nin məlumatlarına görə, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 ABŞ dolları təşkil edib.

 

Daha sonra azalma tendensiyası proqnozlaşdırılır: 2027-ci ildə təbii qazın ixrac qiymətinin hər min kubmetr üçün 326,5 ABŞ dollarına, 2028-ci ildə 287,1 ABŞ dollarına enəcəyi və 2032-ci ilə qədər bu səviyyədə qalacağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı qaz ixracının orta qiymətini 2026-cı ildə hər min kubmetr üçün 269 ABŞ dolları, 2027-ci ildə isə 254 ABŞ dolları səviyyəsində gözləyir.