Quba rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.
"Tvit.az"ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.
Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib