Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Avtomobillərdə start-stop texnologiyası tarixə çevrilir - ABŞ-dan qərar
ДРУГОЕ

Avtomobillərdə start-stop texnologiyası tarixə çevrilir - ABŞ-dan qərar

17-02-2026 23:00 34 Просмотров
IMG

BŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Tramp administrasiyası avtomobil sənayesinə qlobal təsir göstərə biləcək bir qərar qəbul ediblər.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi açıqlamada müasir avtomobillərdə tez-tez rast gəlinən start-stop texnologiyasının dolayı yolla tədricən dayandırılacağı göstərilir.

 

ABŞ hökuməti və EPA start-stop texnologiyasını tamamilə qadağan etməyib. Bu o deməkdir ki, şirkətlər ondan istifadə etməyə davam edə bilərlər. Lakin start-stop texnologiyası üçün əvvəlki bütün təşviqlər aradan qaldırılıb. Nəticədə, onsuz da baha başa gələn bu texnologiya şirkətlər tərəfindən tədricən tərk ediləcək. Bir neçə il ərzində heç bir istehsalçı artıq start-stop texnologiyası ilə məşğul olmayacaq.

 

Aysel Şirinova