Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sosial şəbəkələrdə saxta kredit elanları verən şəxs saxlanıldı - VİDEO
sosial

Sosial şəbəkələrdə saxta kredit elanları verən şəxs saxlanıldı - VİDEO

17-02-2026 15:00 14 Просмотров
IMG

Sosial şəbəkədə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb.

Bu barədə "Tvit.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu üsulla onun çoxsaylı vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub:

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatları, eləcə də müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.