Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?
sosial

Güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

17-02-2026 14:00 23 Просмотров
IMG

Bakıda “İdrak” liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.

 

Tvit.az bildirir ki, oxu.Az-ın əldə etdiyi məlumata görə, müəllimə yaxın günlərdə elə çalışdığı “İdrak” liseyində fəaliyyətini davam etdirəcək.

 

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

 

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.