Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Naxçıvanda işə düzəltmək vədi ilə 12 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
turizm

Naxçıvanda işə düzəltmək vədi ilə 12 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

17-02-2026 10:00 20 Просмотров
IMG

Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Naxçıvan DİN-dən xəbər verilib. Qeyd olunub ki, Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12 000 manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

"Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", nazirlikdən bildirilib.