Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm İrandan Türkiyəyə gedən yük maşını Naxçıvanda saxlanıldı
turizm

İrandan Türkiyəyə gedən yük maşını Naxçıvanda saxlanıldı

16-02-2026 11:00 22 Просмотров
IMG

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi "Şahtaxtı" gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

 

Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.