Apple yaxın vaxtlarda 4 məhsulunun satışını dayandıra bilər.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət hər il yeni modellər təqdim etdiyinə görə, köhnə məhsullar mərhələli şəkildə istehsaldan və rəsmi satışdan çıxarılır. Dəqiq tarix açıqlanmasa da, qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Satışdan çıxarılması gözlənilən məhsullar bunlardır:
iPhone 16e
M3 iPad Air
Apple Studio Display
MacBook Pro (M4 Pro və M4 Max prosessorlu versiyalar)
Aysel Şirinova