Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı
siyasət

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

13-02-2026 23:00 20 Просмотров
IMG

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

 

Tvit.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: "Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib".