Rusiyalı hərbçilərin Suriyada yerləşməsi ilə bağlı mövzu bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Suriya lideri Əhməd əş-Şaraa ilə aparacağı danışıqlar zamanı müzakirə olunacaq.
Tvit.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Suriyada hərbçilərimizin mövcudluğu ilə bağlı bütün məsələlərin bu günkü danışıqlarda da mütləq toxunulacağına şübhə etmirəm", - Peskov deyib.
Aysel Şirinova