Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib
siyasət

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib

04-10-2024 21:00 192 Просмотров
IMG

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herzqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Tvit.az xəbər verir ki, nazirlik bu barədə "X" hesabında paylaşım edib.

"Bosniya və Herzqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi, çox sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir və Bosniya və Herzqovina ilə həmrəy olduğumuzu bildiririk", - paylaşımda deyilir.