12 C
Baku
Şənbə, May 11, 2024

Bizə yaz

“Qarabağ” Qurban Qurbanovla müqaviləni uzadıb

“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

Tvit.az xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. “Köhlən atlar” ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR