15 C
Baku
Çərşənbə axşamı, May 21, 2024

Bizə yaz

BMT Fələstinin hüquqlarını genişləndirən qətnamə qəbul etdi

BMT Baş Assambleyası Fələstinin təşkilatdakı hüquqlarını genişləndirən qətnamə qəbul edib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən qəbul edilmiş qətnamədə həmçinin Təhlükəsizlik Şurasına ölkənin təşkilata üzvlüyü ilə bağlı qərara yenidən baxılması tövsiyə olunur.

Qətnamənin lehinə 143 ölkə səs verib. Onlardan 109-u onu dəstəkləyib, 9-u əleyhinə, 25-i isə bitərəf qalıb. Sənədin qəbulu ilə Fələstinə ölkə qrupları adından bəyanatlar vermək, təşkilatın konfranslarında, Baş Assambleyanın və ya təşkilatın digər qurumlarının himayəsi altında çağırılan beynəlxalq konfrans və iclaslarda iştirak etmək icazəsi verilir.

Bildirilib ki, şərtlər Baş Assambleyanın 79-cu sessiyasından etibarən qüvvəyə minəcək.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR