ABŞ-ın şərq və cənubundakı limanlarda çalışan işçilərin tətili üçüncü gündə həmkarlar ittifaqıyla işəgötürənlərin əmək haqqı ilə bağlı müvəqqəti razılığa gəlməklə başa çatıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Açıqlamada, müqavilə ilə bağlı danışıqlara vaxt vermək üçün tərəflərin mövcud müqaviləni 15 yanvar 2025-ci il tarixinə qədər uzatmaq və həll olunmamış məsələləri müzakirə etmək üçün sövdələşmə masasına qayıtmaq barədə razılığa gəldiyi və bütün işlərin bu çərçivədə aparıldığı qeyd edilib.
Elmin Alışov