Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bəzi ərazilərdə leysan yağıb - FAKTİKİ HAVA
sosial

Bəzi ərazilərdə leysan yağıb - FAKTİKİ HAVA

27-07-2025 11:00 31 Views
IMG

İyulun 27-si saat 9:00-a olan faktiki hava aşıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən məlumata görə, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.