Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sərhədi pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb
sosial

Sərhədi pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb

24-07-2025 17:00 46 Views
IMG

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

"Tvit.az" xəbər verir ki, iyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.