Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı
sosial

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı

22-07-2025 13:00 43 Views
IMG

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1552,4 milyon manat istifadə olunub.

Bu barədə "Tvit.az"a Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, həmin vəsaitin 1353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1058,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon manat, Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat və işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182,0 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.