Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şüvəlanda bir nəfər dənizdə batıb
turizm

Şüvəlanda bir nəfər dənizdə batıb

17-07-2025 20:00 242 Views
IMG

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə bir nəfər batıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

FHN-dən bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazidə qeydə alınıb.

 

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.