Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda 22 minə yaxın şəxsi heyvan dişləyib
sosial

Azərbaycanda 22 minə yaxın şəxsi heyvan dişləyib

16-07-2025 15:00 34 Views
IMG

Bu ilin 6 ayında Azərbaycanda 22 minə yaxın dişləməsi hadisəsi olub

"Tvit.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, dişləmə hadisələri ötən ilin 6 ayı ilə müqayisədə artıb, lakin quduzluq hadisəi qeydə alınmayıb.

O bildirib ki, canavar və tülki dişləməsi nəticəsində quduzluq riski daha yüksək olur.

A.Qurbanova dişləmə hadisələri zamanı həkiməqədər görülən ilk tibbi tədbirləri açıqlayıb:

"Zədə alınan nahiyə maksimum axar su altında yuyulmalıdır. 72% sabun varsa, həmin nahiyə yuyulmalıdır. Virusun məhv olunmasına bununla nail ola bilərik. Spirt, yodla da həmin an ilkin tibbi yardım edilə bilər. Artıq ikinci mərhələdə həkimə mütləq müraciət edilməlidir. Bundan sonra həkim müalicə kursu yazır".

Şöbə müdiri əlavə edib ki, dişləmə hallarında atirabik vaksin yalnız tibb məntəqəsində vurulmalıdır:

"İstənilən heyvan dişləməsi, cırmaqlanma və tüpürcəkləmədə ilkin tibbi yardımdan sonra yalnız həkim nəzarətində bu vaksini vurmaq lazımdır. Xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur. Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur".