Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dövlət qurumlarının adına bənzəyən 19 domen bloklanıb
sosial

Dövlət qurumlarının adına bənzəyən 19 domen bloklanıb

16-07-2025 11:00 29 Views
IMG

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 19 saxta domen bloklanıb.

"Tvit.az"ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

2025-ci ilin ilk 6 ayında ölkədə 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 37 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen verilib ki, bu da illik müqayisədə 17 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq bloklanıb.