Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
sosial

Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

15-07-2025 16:00 30 Views
IMG

Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

"Tvit.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.