Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya ABŞ-ın dövlət borcu iki gündə rekord səviyyəyə yüksəldi
dünya

ABŞ-ın dövlət borcu iki gündə rekord səviyyəyə yüksəldi

03-10-2024 15:00 89 Views
IMG

2024-cü il sentyabrın 30-dan oktyabrın 1-dək ABŞ-ın dövlət borcunun ümumi həcmi 347,6 milyard dollar artıb. 

Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Aydınlaşdırılır ki, sentyabrın 30-da ABŞ hökumətinin öhdəliklərinin ümumi məbləği 143,3 milyard dollar, oktyabrın birinci günü isə daha 204,3 milyard artıb. Bunun fonunda ABŞ-ın ümumi borcu 35,67 trilyon dollara çatıb.

Elmin Alışov