İranda bütün daxili sərnişin uçuşlarının ləğvi müddəti uzadılıb.
Tvit.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Məlumata görə, bununla bağlı İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu deyib:
“Bölgədə uçuşların təhlükəsizliyini qorumaq üçün və şəraiti nəzərə alaraq sabah səhər saat 05:00-a qədər ölkə üzrə bütün uçuşlar dayandırılıb”.
Elmin Alışov