Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi
iqtisadiyyat

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

06-05-2025 18:00 18 Views
IMG

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

 

Tvit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.

 

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.

 

Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda “Bakı Metropoliteni” üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.